AVTO

23 Sentyabr

“Avtolüks Azərbaycan”dan yeni təkliflər: REPO zəmanəti və avtomobil almaq üçün sərfəli satış şərtləri

Azərbaycan avtomobil bazarının aparıcı şirkətlərindən biri olan “Avtolüks Azərbaycan” yeni mövsümdə avtomobil əldə etmək istəyənlər üçün 2 sərfəli kampaniyaya start verib.

Kampaniyalardan biri Alfa Romeo markasına aid avtomobillərə şamil olunan REPO zəmanətidir. Bütün Alfa Romeo modelləri üçün REPO zəmanəti verməklə rəsmi nümayəndə “Avtolüks Azərbaycan” müştəriyə satdığı avtomobili 3 il ərzində satış qiymətinə azalan qalıq metodu ilə birinci il üçün 15%, sonrakı illərdə hər il üçün 10% aşağı olmaqla, barter (trade-in) vasitəsilə satın alacağını  təsdiq edir.  Şirkətin təklif etdiyi REPO şərtləri barəsində ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar.

www.repo.az

Digər təklif isə sərfəli şərtlərindən ibarət “Payız Fürsətləri” adlı kampaniyadır. Bu kampaniya çərçivəsində “Avtolüks Azərbaycan” şirkəti Jeep (Grand Cherokee, Compass və Renegade), Dodge (Durango, Charger, Challenger), Alfa Romeo (Mito, Giulietta, Stelvio və 4C) və Fiat (Tipo) modelləri üçün aşağıdakı satış şərtlərini təklif edir:

  • 1 illik pulsuz kasko sığorta
  • 1 illik pulsuz yağdəyişmə
  • 1 illik yanacaq dəstəyi (1 il ərzində ayda 1 dəfə olmaqla yanacaqdoldurma məntəqəsində avtomobilin yabnacaq çəninin tam doldurulması)

Avtomobilləri nağd və illik 12% olmaqla 4 ilədək kreditlə əldə etmək mümkündür.

Telefon: 012 983 / 055 214 19 49