AVTO

21 Sentyabr

Britaniyada benzinlə işləyən avtomobillərin satışına 2030-cu ildən qadağa qoyula bilər

Böyük Britaniya hökuməti benzinlə işləyən avtomobillərin satışına qadağanı on il tezləşdirə bilər. Ekoloji təmiz yanacağa keçid planlarına görə, bu, 2040-cı il üçün nəzərdə tutulurdu.

 “The Guardian” xəbər verir ki, bu addım Birləşmiş Krallığın avtomobil yollarında elektriklə işləyən maşınların artmasını sürətləndirə bilər. Avtomobillərdə daxiliyanma mühərriklərindən imtina üzrə yeni “yol xəritəsinin” 2020-ci ilin sonlarında elan olunacağı gözlənilir.

Qeyd edək ki, klassik güc qurğuları ilə təchiz olunan yeni avtomobillərinin tam qadağan ediləcəyi ilk ölkə Norveç olacaq. Burada daxiliyanma mühərrikli avtomobillərin satışı 2025-ci ildə, Almaniya, İrlandiya və Niderlandda 2030-cu ildə, Fransada isə 2040-cı ildə qadağan ediləcək.