“Volkswagen” (VW) 22 ildir ki, sahibi olduğu, Fransanın idman avtomobili istehsalçısı “Bugatti”ni Xorvatiyanın avtomobil istehsalçısı “Rimac”a satmağa hazırlaşır.
Fins.az xəbər verir. Almaniyanın aparıcı avtomobil istehsalçısı bundan sonra diqqətini elektrikli və sürücüsüz avtomobil istehsalına yönəldəcək.
Qeyd olunur ki, bu anlaşmanın əvəzində isə "Volkswagen" "Rimac"ın böyük səhm payına sahib olacaq.