Bentley markasının rəhbəri Ədrian Hollmark dəbdəbəli avtomobil istehsalçısının illik satışları artırmağa çalışmadığını etiraf edib.
Fins.az xəbər verir ki, 2007-ci ildən bəri, Bentley şirkəti ildə təxminən 10 min avtomobil istehsal edir və markanın rəhbəri bu rəqəmin artmayacağını bildirib. Britaniya istehsalçısı daha yüksək mənfəəti başqa yollarla əldə etməyə çalışacaqdır.