AVTO

14 Sentyabr

Azərbaycana avtomobil idxalı artmaqda davam edir

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 399 mln 498,58 min ABŞ dolları dəyərində 33 178 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 483 ədəd və yaxud 24,29% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 138 ədəd və yaxud 56,1% azalaraq 108 ədəd (9,2 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 938 ədəd və yaxud 28,8% artaraq 31 026 ədəd (348,2 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 050-i (17,5 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 136-i (7,7 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 302 ədəd və yaxud 13,35% azalaraq 1 960 ədəd (28,5 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 ədəd və yaxud 15,15% azalaraq 84 ədəd (13,6 milyon ABŞ dolları dəyərində) olub.

© Report