AVTO

11 Sentyabr

Tesla, Çində istehsal olunan avtomobilləri Avropada satacaq

Elektrikli avtomobil istehsalçısı Tesla, Çində istehsal etdiyi avtomobillərini Avropa bazarında satmağı planlaşdırır.
Məlumatlı olan mənbələrə görə, Tesla nəqliyyat xərclərini azaltmaq və daha yaxın yerlərdə nəqliyyat vasitələri istehsal etməyi, eyni zamanda Şanxaydakı "Gigafabrik" də istehsal etdiyi avtomobilləri Asiya və Avropanın digər bazarlarında satmağı planlaşdırır.

Çində istehsal olunan Tesla 3s modelinin istehsalı xaricə çatdırılmaq üçün dördüncü rübdə başlayacaq. Tesla sifarişlərinin ABŞ-dan gələcəyi gözlənilən Sinqapur, Avstraliya, Yeni Zelandiya və Avropa kimi bazarlara tədarüklər bu ilin sonunda və ya ən geci 2021-ci ilin ilk aylarında başlayacaq.

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı, ənənəvi avtomobil istehsalçılarının Çin bazarı və kosmik yarış üçün elektrikli avtomobillər istehsalına başlaması ilə istehsalını da artırır. General Motors bu həftə elektrik yük maşını istehsalçısı Nikola Corp.-da 2 milyard dollarlıq pay alacağını açıqlayıb.

Müəllif:Aynur Qəniyeva