Braunschweig Bölgə Məhkəməsi, Alman avtomobil istehsalçısı Volkswagen-in keçmiş rəhbəri Martin Winterkorn və şirkətdə işləyən və çalışmaqda davam edən daha dörd nəfərə qarşı iddiaya baxdığını açıqlayıb
Fins.az xəbər verir ki, bu, "dizelgeyt" -in başlamasından beş il sonra baş verib- VW dizel avtomobillərinin işlənmiş qazlarındakı zərərli maddələrin tərkibinə dair məlumatların manipulyasiyasının aşkarlanması buna səbəb olub.
Hazırda 73 yaşında olan Winterkorn sui-qəsd fırıldaqçılığında və haqsız rəqabət qanunu pozuntusunda şübhəli bilinir. Məhkəmə nümayəndələrinin dediklərinə görə, mühakimə olunma ehtimalı yüksəkdir.
Müəllif:Aynur Qəniyeva