Bu ilin avqust ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə təxminən 5% azalıb.
Fins.az xəbər verir ki, satışların ötən ilki stabil səviyyəyə qayıtması gələn ilin II rübünə qədər çəkə bilər.
Qeyd edək ki, cari ilin iyul ayında satışlar illik müqayisədə 11% artıb və bu, 2020-ci ildə qeydə alınan ilk illik artım olub. Bunun əsas səbəbi COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması idi.