Audi A3 heçbekinin əsasında yaradılmış Q2 krossoveri 2016-cı ildə debüt edib.
Fins.az xəbər verir ki, Azərbaycan bazarında təklif edilsə də, krossoverin satış göstəriciləri o qədər də parlaq olmayıb. İstənilən halda həyat dövrünün yarısını tamamlayan yığcam krossover planlaşdırılmış yeniləmədən keçib. Lakin, dəyişikliklər demək olar ki, nəzərə çarpmır. Avtomobilin ümumi görünüşünün eyni olmasına baxmayaraq, krossover yeni bamperlərə və radiator barmaqlığına sahib olub. LED fənərlər artıq Q2 modelinin standart avadanlıq siyahısına daxildir.
Əlavə ödəniş ilə, axan xətt formasında dönmə siqnalları olan matrisa fənərlərini sifariş etmək olar.. Bütün vizual dəyişikliklər bundan ibarətdir.