AVTO

31 Avqust

Mercedes-Benz ikiqapılı S-Class modellərini ixtisara salacağını təsdiqləyib

Bu ilin yazında Mercedes-Benz şirkətinin S-Class kupe və kabrioletini istefaya göndərmək planlarının olduğu barədə şayiələr yayılmışdı. İndi isə, bu məlumat rəsmi olaraq təsdiqii tapıb.

Fins.az xəbər verir ki, insayderlər ikiqapılı Mercedes-Benz S-Class modellərinin istehsalının bu ilin avqust ayında başa çatacağını iddia edirdilər, lakin bunun doğru olmadığı məlum olub. Mercedes-Benz şirkətinin S-Class kupe və kabrioletindən imtina etdiyini təsdiqləsə də, onların bir il müdətində istehsal ediləcəyi məlum olub. Yəni, 2021-ci il bu modellər üçün sonuncu il olacaqdır.

Dəbdəbəli kupe və kabrioletin həm adi, həm də "bərkgedən" AMG versiyalarının istehsalı 12 aydan sonra dayandırılacaqdır. 2021 model ilinin avtomobilləri üçün yeganə yenilənmə yeni Cirrus Silver rəngi olacaqdır.