AVTO

28 Avqust

Porsche yenilənmiş Panamera modelini təqdim edib - FOTO

Porsche Panamera ailəsi 2016-cı ildə debüt edib.

Fins.az xəbər verir ki, bu gün alman istehsalçısı liftbekin plan üzrə yenilənmiş versiyasını təqdim edib. Avtomobilin eksteryerindəki yeniliklər kosmetik dəyişikliklər ilə məhdudlaşır, mühərrik çeşidi və avadanlıq siyahısı isə ciddi dəyişikliklərə məruz qalıb. Model xəttinin zirvəsində əvvəlki Turbo modelini əvəzləmiş Turbo S yerləşir. Yeni "top" versiyada 4,0-litrlik V8 mühərrikinin  hasilatı 80 at qüvvəsi və 50 Nm fırlanma anı artırılıb - indi mühərrik 630 at qüvvəsinə və 820 Nm fırlanma anı hasil edir. Artmış güc üçkameralı pnevmatik asqının yenidən tənzimlənməsini tələb edib.