Kia şirkəti yenilənmiş Stinger fastbəki haqqında ətraflı məlumatla bölüşüb.
Fins.az xəbər verir ki, yenilənmiş modelin satışları sentyabr ayının sonuna qədər başlanmalıdır. Eksteryerdəki kiçik dəyişikliklər və iki üslub dəsti ilə yanaşı, yenilənmiş Stinger modeli yenidən nəzərdən keçirilmiş mühərrik çeşidini əldə edib. Baza mühərriki sayılan 255 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli Theta II turbomühərriki dəyişməyib.
Lakin, onunla 3,3-litrlik V6 mühərrikinin arasındakı boşluğu yeni 304 at qüvvəsi və 422 Nm fırlanma anına sahib olan Smartstream ailəsindən olan 2,5-litrlik T-GDi turbomühərriki tutub. Bu mühərrik Cənubi Koreya, ABŞ və Meksika bazarlarında satılacaq avtomobillərdə quraşdırılacaqdır.