AVTO

27 Avqust

Sürücülər Hyundai-n bu modelindən şikayətçidirlər

“The Drive” nəşrinin bildirdiyinə görə, artıq bir neçə aydır ki, Hyundai Palisade sahibləri salondan gələn xoşagəlməz qoxudan şikayət edirlər.

Fins.az xəbər verir ki, onlar bu qoxunu çürümüş qida və köhnə corab qoxusunun kəskin qarışığı kimi səcciyələndirirlər.

Şirkət problemdən xəbərdar olsa da, hələ də qoxunun mənbəyini tapa bilməyib. “The Drive” nəşrinin Hyundai nümayəndələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı "araşdırmalar apararaq həll yollarını axtarır”.

Problemin mənbəyi aşkar edildikdən sonra, markanın dilerlərinə problemi aradan qaldırmaq üçün müvafiq göstərişlər veriləcəkdir. Versiyalardan birinə görə, qoxunun mənbəyi oturacaqların örtüyü ola bilər, çünki şikayətlərin əksər hissəsi açıq rəngli Nappa dərisi ilə üzlənmiş salonu olan avtomobillərin sahiblərdən gəlir.