AVTO

24 Avqust

Tesla-nın yeni nəsil prosessorı indikindən 21 dəfə güclü olacaq

Yeni nəsil Tesla Full Self-Driving avtopilot sistemi barəsində məlumat ortaya çıxıb. Belə ki, Tesla, Hardware 4.0 prosessorunun yaradılması üçün Tayvanın TSMC şirkəti ilə birləşib. Həmin prosessor yeni Tesla elektromobillərində avtonom sistemlərin idarəsi üçün istifadə olunacaq. Şirkət 7 nanometrlik prosessora keçid edəcək. Prosessorun özü isə foto və videonu Hardware 3.0 modelindən 21 dəfə daha sürətli emal edəcək və 2 ildən sonra təqdim olunacaq. Bu barədə Electrek saytı xəbər verib.

Çox güman ki, yeni prosessor Tesla elektromobillərində 2022-ci ilin ortasında quraşdırılacaq. İnsayderlər bildiriblər ki, Hardware 4.0 prosessoru sürücüyə yardım üzrə aparıcı sistemlər və avtopilot sistemi üçün lazım olacaq. Hal hazırda bu funksiyaları Hardware 3.0 yerinə yetirir. Hardware 4.0 prosessorunun texniki özəlliklərinə gəldikdə isə onun barəsində məlumat çox azdır. Artıq məlumdur ki, o, foto və video emalını Hardware 3.0-dan fərqli olaraq 21 dəfə daha tez yerinə yetirəcək və daha çox enerji sərfiyyatını tələb edəcək.