AVTO

20 Avqust

26 ildir hərəkətsiz qalmış Audi hərraca çıxarılıb - FOTO

Britaniyanın CCA hərrac evi 1985-ci ildə buraxılmış və odometrində 286 min kilometrlik yürüş olan, lakin son 26 ildə hərəkətsiz qalmış Audi Quattro Turbo modelini hərraca çıxarıb.

Avtomobilin şəkilləri bu müddət ərzində baş verənləri açıq şəkildə nümayiş etdirir: idman avtomobilinin vəziyyətinin ideal olduğunu söyləmək olmaz. Buna görə də, onun satışından 8-10 min funt sterliq əldə etmək planlaşdırılır.

Audi Quattro Turbo modeli 1980 - 1991-ci illər arasında istehsal edilib və 11,000 nüsxədə satılıb. Avropa spesifikasiyasında olan avtomobillər 200 at qüvvəsi və 287 Nm fırlanma anı hasil edən 2,1-litrlik beşsilindrli turbomühərrik və beş pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirdilər.

1987-ci ildən avtomobilə 2,2-litrlik mühərriki, 1989-cu ildən isə, eyni mühərrikin yuxarıda yerləşən iki paylayıcı valı olan və 220 at qüvvəsi hasil edən modifikasiyasını quraşdırılmağa başlayıblar.