General Motors konserni Cadillac markası üçün yeni ticarət nişanını qeydə alıb. Cadillac Society nəşrinin bildirdiyinə görə, amerikan istehsalçısı Symboliq adını qeydiyyatdan keçirib.
Yeni ad Cadillac markasının gələcək elektrik nəqliyyat vasitələri üçün qeydə alınmış digər adlara uyğun gəlir. Bildiyimiz kimi, Cadillac şirkətinin yeddiyerli iri elektrik krossoveri Lyriq, eksklüziv nümayəndəlik elektrik sedanı isə Celestiq adlandırılacaqdır. Yalnız yeni adın hansı model üçün nəzərdə tutulduğu məlum deyil. Bununla birlikdə, hazırda Cadillac şirkətinin iki yeni elektromobil üzərində işlədiyi məlumdur.