Mercedes-Benz şirkəti tamamilə yeni bir modeli buraxacağını bildirib. Söhbət, 2022-ci ilin ilk yarısında alman markasının model xəttində peyda olacaq T-Class sərnişin kompaktvenindən gedir. Artıq səkkiz ildir ki istehsal edilən Citan furqonu kimi, yeni kompaktven də Renault-Nissan-Mitsubishi alyansı ilə birlikdə hazırlanacaqdır.
Mercedes-Benz T-Class sərnişin kompaktveni və yeni nəsil Citan furqonu eyni platformanı paylaşmaqla yanaşı, bir çox cəhətdən oxşar olacaqdırlar. Bununla birlikdə, yenə də iki avtomobil arasında fərqlər mövcud olacaqdır ki, bu da onların mövqeləndirməsidir. Mercedes-Benz Citan sırf kommersiya avtomobili olaraq qalacaqdır. Bununla belə, T-Class modeli - ailəli və ya açıq havada vaxt keçirməsi sevən şəxslərə ünvanlanacaqdır.