“Mercedes-Benz” şirkəti, Rusiyadan 1019 ədəd “S-Class” kupe və kabriolet modellərini geri çağırır.
Fins.az xəbər verir ki, bu, 2017 - 2019-cu illərdə istehsal edilən avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.
Səbəb isə, mühərrikin iki qapayıcı materialının nəqliyyat vasitələrinin hərəkəti zamanı maksimum yüklərə tab gətirməyəcəyi ilə bağlıdır.
Şirkət, çağırışa düşən avtomobil sahiblərinə dərhal yaxınlıqdakı servis mərkəzlərinə gələrək sözügedən nasazlığı pulsuz aradan qaldıracaqlarını bildirib.