AVTO

27 İyul

“Mitsubishi” yeni modellərinin Avropaya çıxarılmasını dayandırır

“Mitsubishi Motors” şirkəti yeni modellərinin Avropa bazarına çıxarılmasını dayandırmaq qərarına gəlib.

Fins.az xəbər verir ki, şirkət 2020-ci maliyyə ilinin ilk rübü ərzində (1 aprel – 30 iyun) 176 milyard yenə yaxın (1,6 milyard ABŞ dolları) zərərə uğradığını açıqlayıb ki, bunun da əsas səbəbi koronavirus pandemiyası üzündən satışların xeyli azalmasıdır.

Həmçinin şirkətin açıqladığı proqnozda cari maliyyə ili ərzində (2021-ci ilin 31 martında başa çatır) bütövlükdə 140 milyard yen, yəni 1,3 milyard ABŞ dollarına yaxın əməliyyat zərəri çəkəcəkləri, səhmdarlarının xalis zərəri də 360 milyard yen (3,4 milyard dollar) səviyyəsinə çatacağı göstərilir.

Bununla yanaşı, avtomobil bazarında tələbatın cari maliyyə ilinin ikinci yarısında tədricən dirçələcəyi ehtimal edilir.