AVTO

27 İyul

58 500 avroya uşaq maşını hazırlandı - FOTO

“Bugatti” şirkəti, “Baby II” adlı uşaq avtomobilini təqdim edib.

Fins.az xəbər verir ki, maşın məhdud sayda, 500 ədəd istehsal olunub və minimal qiyməti 30 000 avrodur. Avtomobilin üst versiyası 58 500 avroya başa gəlir. Yeni “Baby” modelinin dizaynı, 1920-ci ildə yaradılmış “Type 35”in kiçildilmiş nümunəsini xatırladır. Avtomobil 14 yaşadan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Bütün müştərilərə avtomobilin 4 versiyası təklif edilir:

baza modifikasiyalı – sürəti 20 km/saata qədər çatan, 1,3 at güclü elektrikli mühərrik;

“Baby II”nin daha güclü versiyası adlanan “Expert” – sürəti 45 km/saata qədər, 5,4 at güclü elektrikli mühərrik;

gövdəsi karbondan olan “Vitesse” versiyası – sürəti 70 km/saata qədər çatan, 13,34 at güclü elektrikli mühərrik;

üst modifikasiyalı alümin gövdəli “Pur Sang” - sürəti 70 km/saata qədər çatan, 13,34 at güclü elektrikli mühərriklə təchiz edilib.

Nüsxənin hər bir modelinin yığılmasına təxminən 200 saat vaxt tələb olunur.

Bütün versiya maşınlar arxa ötürücü ilə işləyir və enerji ehtiyatı olmadan 25 kilometrdən 50 kilometrə qədər sürülə bilir.

Həmçinin “Baby II” diferensialla yüksək sürtünmə və hidravlik tormoz sistemi ilə təchiz olunub.