Tesla mühəndisləri Palladium adlı gizli layihə üzərində işləyirlər.
Fins.az xəbər verir ki, layihənin əsas məqsədi Model S və Model X elektrokarları üçün yenilənmələri hazırlamaqdır. Electrek nəşri Tesla şirkətə yaxın bir neçə mənbəyə istinadən, söhbətin Kaliforniyanın Fremont şəhərində və Nevada ştatındakı əlavə istehsal xətlərinin yaradılmasında getdiyini bildirib. Verilən məlumatlara əsasən yeniliklər ciddi xarakter daşıyacaqdır.