AVTO

22 İyul

Toyota yeni loqotipini təqdim edib

Toyota şirkəti yeni loqotipini təqdim edib: emblemin dizaynı ikiölçülü olub və beləliklə daha minimalist hala gəlib.

Əvvəllər Nissan, Volkswagen və BMW şirkətləri də emblemlərini eyni prinsipə uyğun olaraq dəyişdirmişdi. Digər vacib bir yenilik, loqotipin artıq markanın adını göstərən yazı olmadan müstəqil şəkildə istifadə ediləcəyidir. Şirkətin belə addım atması loqotipin artıq tanınan olması ilə əlaqədardər. Buna görə də, onu lazımsız elementlərlə yükləməyə ehtiyac yoxdur.