AVTO

15 İyul

BMW iX3 rəsmi olaraq təqdim olundu

Seriyaöncəsi BMW iX3 modelinin təqdimatından iki il keçdikdən sonra, nəhayət ki, alman istehsalçısı elektrik güc qurğusu ilə təchiz edilmiş modelin seriya variantını təqdim edib.

Fins.az-ın məlumatına görə, BMW iX3 krossoveri vizual olaraq adi BMW X3 modelindən yalnız "radiator barmaqlığının" tərtibatı, eksteryerdəki mavi haşiyələr və emblemləri ilə fərqlənir. Bununla belə, iki model arasında adi gözlə görünməyən ölçü fərqləri də mövcuddur: elektrik krossoverinin uzunluğu 4,72 metrdən 4.73 metrə qədər artırılmış, eni 1.9 metrdən 1.89 metrə, hündürlüyü 1.68 metrdən 1.67 metrə qədər azaldılmışdır. Oxlar arasındakı məsafə eynidir - 2.86 metr.