“KİA Motors” Rusiya bazarlarından 5128 ədəd “Seltos” (SP2) modelini geri çağırır.
Fins.az xəbər verir ki, bu 2019-cu ilin dekabrından 2020-ci ilin iyun ayına kimi realizə edilmiş avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məumat yayıb.
Bildirilir ki, buna səbəb mexaniki kilidləmə sistemi (MSCL) ilə təchiz edilmiş nəqliyyat vasitələrinin sükan sütunu, park zamanı kilidlənməməsidir.
Çağırışa düşən modellər, avtomobil sahibləri üçün, sükan valı pulsuz dəyişdirilərək həyata keçiriləcək.