“Volvo” şirkəti dünya üzrə 2 milyondan çox avtomobilini geri çağırıb. Bu qərar ön oturacaqların təhlükəsizlik kəmərlərinin bərkitmə trosunda aşkar olunan problemlə əlaqədar qəbul edilib. Geri çağırılma 2006-cı ildən 2019-cu ilədək istehsal olunmuş “Volvo” “S60”, “S60L”, “S60CC”, “V60”, “V60CC”, “V70”, “XC60”, “XC70”, “S80” və “S80L” modellərinə şamil olunub. Xəbəri “Autoua.net” verib