AVTO

02 İyul

Azərbaycanda dövlət tərəfindən verilən kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı may ayı ilə müqayisədə 2,6% artaraq 311 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən  verilən məlumata görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,4%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, iyun ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 11 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 15 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2290 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 114 hesabat təqdim edilib. Yanvar-iyun ayları ərzində Azərbaycanın internet seqmentində 27 domen və 73 subdomen qeydiyyata alınıb.

(c)APA