AVTO

01 İyul

Volkswagen Türkiyəyə ayırdığı investisiyanı reallaşdırmaqdan imtina edib 

Volkswagen, Türkiyəyə investisiya yatırmaqdan  imtina edib 

Alman avtomobil istehsalçısının pandemiya səbəbindən avtomobillərə tələbatın azalmasına görə yeni investisiyalarına ehtiyac olmayacaq.

Fins.az xəbər verir ki, bu barədə Bloomberg xəbər agentliyi məlumat yayımlayıb.

Məlumata görə, "Qlobal avtomobil tələbatının azalması, investisiya portfelinin artırılmasını  bugünkü reallığı nəzərə alaraq lazımsız edir" deyə şirkətin açıqlamasında qeyd olunur.

Dünyanın ən böyük avtomobil istehsalçısı bölgədəki artan geosiyasi gərginlikdən sonra layihələrini keçən il dayandırıb. Bundan sonra, koronavirus pandemiyası başlayan zaman satış aşağı düşdü və satışın bərpa olunmasında qeyri-müəyyənlik davam edir.

Müəllif:Aynur Qəniyeva