AVTO

01 İyul

"Moody’s": Qlobal avtomobil satışları bu il 20% azalacaq - PROQNOZ

"Moody’s" beynəlxalq reytinq agentliyi COVID-19 pandemiyası fonunda qlobal avtomobil satışlarının bu il ən azı 20% azalacağını, gələn il isə 11,5% artacağını proqnozlaşdırır.

Fins.az reytinq agentliyinin apardığı yeni araşdırmasına istinadən verdiyi məlumata görə, avtomobil istehsalçılarının satışlarının 2019-cu ilin həcmlərinə qaytarmaq üçün bir neçə il çəkə bilər. Dünyanın əsas 22 avtomobil istehsalçsının ümumi borcu 130 mlrd. ABŞ dolları təşkil edir (törəmə şirkətlərə aid olan borcları çıxmaq şərti ilə) və onlardan 18-nin reytinq üzrə proqnozları mənfidir. Müsbət proqnoz yoxdur, reytinq üzrə stabil proqnoza isə Çin istehsalçıları olan "Beijing Automotive Group Co., Ltd.", "Donfeng Motor Group Company Limited", "Geely Automobile Holdings Limited", və ABŞ-ın "Tesla, Inc." Şirkəti malikdir.

Agentlik qeyd edir ki, 2021-ci ildə satışların bərpa olunması ilə bağlı gözləntilərə baxmayaraq, 2022-ci ildə artım tempi yenə azalaraq 5-7% təşkil edəcək.