Nissan 2019 maliyyə ilini təxminən 6.3 milyard dollar kəsir ilə başa vurub.Şirkət, xüsusilə İndoneziya və İspaniyadakı fabrikləri bağlamağı, ümumi istehsal gücünü 20% azaltmağı, işçilərin geniş ixtisar etməsini planlaşdırır.
Fins.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Yapon avtomobil korporasiyası Nissan Motor 2019-cu maliyyə ilində balans hesabatını 671.2 milyard yen (cari məzənnə ilə 6.3 milyard dollar) kəsiri ilə başa vurub. Kyodo agentliyi xəbər verir ki, bu barədə şirkətin səhmdarlarının bazar ertəsi Yokohamadakı qərargahında keçirilən iclasında bildirilib.
"Nissan Motors"-un rəhbəri Makoto Utida, itkilərə görə səhmdarlardan üzr istəyib və onlardan korporasiyanın COVID-19 pandemiyası ilə əlaqəli çətin bazar şəraitində fəaliyyətlərini yenidən qurulması üçün təstiqlənməsini istəyib. Kyodo, sözlərini "Biz olduqca sərt və qeyri-müəyyən bir vəziyyətdə çalışırıq" deyib.
Rəhbərlik Nissan Motorsun xüsusən İndoneziya və İspaniyadakı fabrikləri bağlamağı, ümumi istehsal gücünü 20% azaltmağı, işçi qüvvəsində geniş bir ixtisar etməyi planlaşdırır.
2019-cu ildə 9,34 milyon nəqliyyat vasitəsi sata bilib - bu, bir il əvvəlki ilə nisbətən 10,9% azdır. Vəziyyət pandemiya ilə əlaqəli müxtəlif məhdudiyyətlər səbəbindən daha da pisləşdi. Məsələn, Yaponiyada may ayında avtomobil satışları bir il əvvəlki ayla müqayisədə 35,2% azalıb.
Müəllif:Aynur Qəniyeva