AVTO

26 İyun

İtaliya hökuməti avtomobil nəhənginə rekord həcmdə kredit verir

İtaliya Maliyyə Nazirliyi Fiat Chrysler Automobiles (FCA) konserninə rekord həcmdə - 6,3 milyard avro kredit verəcək. Bu addım avtomobil nəhəngini iflasdan qurtarmaq məqsədi daşıyır.

 “Bloomberg” xəbər verir ki, bu kredit koronavirus pandemiyası başlayandan bəri Avropadakı avtomobil istehsalçılarının aldıqları ən böyük dəstəkdir.

Kredit bütünlüklə konsernin İtaliyadakı müəsssisələrinə sərf olunacaq. Maliyyənin əməkdaşların maaşının, malçatdıranların xidmət haqlarının, həmçinin milli filiala investisiya yatırımlarına ayrılması nəzərdə tutulur.

İtaliyadakı avtomobil istehsalı şəbəkəsi 200 min kiçik və orta müəssisəni əhatə edir. Milli avtomobil sənayesi ildə 100 milyard avrodan yuxarı gəlir gətirir. Cari ilin ilk rübündə FCA 5,5 milyard avro zərərə düşüb.

2019-cu ilin dekabrında “PSA Group”la (“Peugeot”, “Citroen”, “Opel”in sahibi) FCA arasında birləşmə haqqında razılaşma imzalanıb. “PSA Group” may ayında bu razılaşma əsasında 1,1 milyardlıq dvidendi ödəməkdən imtina edib. Bununla belə, konsernlərin birləşməsi real hesab olunur. Baş tutarsa, şirkət dünyada dördüncü ən böyük avtomobil nəhəngi statusu əldə edəcək.

(C) Musavat