AVTO

22 İyun

"Daimler" 10 min işçini işdən çıxarır

Alman avtomobil istehsalçısının 2025-ci ilə qədər daha 10 min adamı işdən çıxarmağı planlaşdırdığı bildirilir.

Fins.az xəbər verir ki, bu barədə "bloomberg" məlumat yayımlayıb

Məlumata görə, "Automobilwoche" jurnalının şirkətdəki məlumatlı şəxsə istinadən hazırladığı xəbərdə qeyd olunur ki, Daimler AG şirkətinin baş direktoru Ola Kaellenius yeni xərclərə qənaət proqramı planlaşdırır. Buna görə 2025-ci ilə qədər daha 10 min adam işdən çıxara bilər.

Jurnalın yazdığına görə, avtomobil istehsalçısı informasiya texnologiyaları xidmətlərindən kənar fəaliyyət göstərmək və tədqiqat və inkişaf bölməsindəki mövqelərini azaltmaq məqsədi ilə yeni proqram həyata keçirəcək. Noyabr ayında şirkət işçi qüvvəsini 10 min nəfər və kadr xərclərini 2022-ci ilə qədər 1.4 milyard avro (1.6 milyard dollar) azaltmaq planını açıqlayıb.

Hesabatda Daimler-in 2019-cu ilin sonuna qədər təxminən 299 min işçisi olduğu ifadə edilib. "Biz yalnız bir rəqəm söylədik və 1.4 milyard dollar qənaət hədəfimizdir. Qalan hər şey Automobilwoche-nin fərziyyəsidir”-deyə şirkət rəsmisi bildirib.

Müəllif:Aynur Qəniyeva