AVTO

16 İyun

Azərbaycan avtomobil idxalını 26% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 241,3 milyon ABŞ dolları dəyərində 19 678 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 093 ədəd və yaxud 26,3% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 1 ədəd və yaxud 1,4% artaraq 71 ədəd (7,5 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4 255 ədəd və yaxud 30% artaraq 18 425 ədəd (203,8 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 1 771-i (10,2 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 81-i (4,2 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 160 ədəd və yaxud 12,6% azalaraq 1 114 ədəd (17,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 4,2% azalaraq 68 ədəd (12,1 milyon ABŞ dolları dəyərində) olub.