Yaxın vaxtlardan etibarən Azərbaycanda KİA-nın «ProCeed» modelinin satışı başlayacaq.
Fins.az məlumatına görə, bu barədə «Kia Motors Azerbaijan» məlumat yayıb.
«ProCeed» bir qayda olaraq 1,4 və 1,6 litr mühərriklərlə təmin edilir (140 və 200 at gücü ilə). Bu modeldə 7 pilləri sürət qutusu quraşdırılır, yanacaq sərfi isə 100 km-ə 6,1-7,5 litr arasında dəyişir.
Hələlik «ProCeed»in Azərbaycandakı satış qiyməti açıqlanmayıb, amma
Rusiyada bu avtomobillər 1,5-2 milyon rubla, yəni 21-28 min dollara satılır