Pakistan əsilli britaniyalı Afzal Kanın yaradıcısı olduğu şirkətlər qrupu Land Rover avtomobillərinin radikal dizaynı ilə məşhurlaşıb.
Azala məxsus olan Project Kahn və Chelsea Truck Company şirkətləri yeni nəsil Land Rover Defender modeli üçün hazırladıqları tüninq dəsti nümayiş etdiriblər. Bu işdə birinci olmaq üçün, mütəxəssislər hələlik “dərinə getmədən” yüngül təkmillədirmələr ilə kifayətlənmək qərarına gəliblər. Ənənəyə uyğun olaraq, layihə gurultulu ada layiq görülüb - Land Rover Defender 110 Chelsea Truck Launch Edition.
Gurultulu ada baxmayaraq, tüninq dəsti kuzovun qara rəngli dekorundan,tündləşdirilmiş şüşələrdən və 22-düymlük təkər disklərindən ibarətdir. Bununla birlikdə, Project Kahn nümayəndələri, ofrouderin salonunu müştərinin arzusu ilə, perforasiyalı və sırıqlı dəridən istifadə edərək, fərdiləşdirilmiş interyeri yaratmağa hazır olduqlarını söyləyiblər.