AVTO

06 İyun

Almaniya elektrik avtomobillər alanlara subsidiya verəcək

Dünən Almaniya hökumətinin elektrik avtomobillərinin alınmasına verilən subsidiyaları üç dəfə artırdığı barədə yazmışdıq.

Hökumət, artıq mövcud olan 3.000 avroluq subsidiya məbləğinə 6.000 avro da əlavə etmək qərarına gəlib. Bu iqtisadiyyatın pandemiyadan sonrakı dövrdə bərpasını təmin etmək üçün görülən tədbirlərdən biridir. Lakin, Almaniya hökuməti bununla kifayətlənmək fikrində deyil -  hökümət yol infrastrukturunun da inkişaf etdirilməsi üçün vəsait ayırıb. Reuter agentliyinin bildirdiyinə görə, həyata keçirilməsi nəzərdə tutulan müxtəlif tədbirlər arasında,mövcud olan  yanacaq doldurma stansiyalarında (YDS) elektrik  terminallarının quraşdırılması tələbi də vardır. Hazırda Almaniyada 27.730 ictimai yükləmə terminalı mövcuddur.

Qeyd etmək gərəkdir ki, söhbət onlarla elektromobilin qoşulduğu yükləmə stansiyalarından deyil, fərdi nöqtələrdən gedir. Bununla belə, yükləmə terminallarına duyulan ehtiyacın 70 min ətrafında olduğu da bildirilir. Hazırda Almaniyada 14 min yanacaq doldurma stansiyası fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, 1965-ci ildə bu stansiyaların sayı 45 min olub.

Stansiyaların sayının azalmasının səbəbi onların ölçülərinin böyüməsi və buraxılış imkanlarının artması olub.  Artıq YDS-larının əksər hissəsində elektrik yükləmə terminalları quraşdırılıb. Məsələn, belə terminallar Shell stansiyalarında quraşdırılır.