AVTO

05 İyun

Peugeot Traveller elektrik güc qurğusuna sahib olub

2020-ci ilin ikinci yarısında Peugeot şirkəti Avropa bazarında Traveller veninin elektrik versiyasını satmağa başlayacaqdır.

Yeni furqon e-Traveller adını alıb və kommersiya daşıyıcılarının, habelə aktiv həyat tərzi sürən özəl alıcılar üçün nəzərdə tutulub. Ven dolu batareya ilə 230 kilometrə qədər məsafə qət edə bilər. Yeni Peugeot e-Traveller modeli EMP2 (Effecient Modular Platform) platformasında inşa edilib, yəni texniki cəhətdən adi Traveller və onun əkizləri olan Citroen Spacetourer, Opel Zafira Life, Toyota ProAce Verso modellərini təkrarlayır.

Eko-venın güc qurğusu 136 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən elektrik mühərrikindən və döşəmənin altına yerləşdirilmiş 50 və 75 kilovat-saatlıq  dartma batareyasından ibarətdir. Elektroven "yanacaq doldurmadan" WLTP dövrünə əsasən, müvafiq olaraq,  230 və ya 330  kilometr məsafə qət edə bilər. Yükləmə qurğusunun gücündən asılı olaraq batareyanın doldurulması 30 dəqiqədən 3,1 saata qədər davam edir.