AVTO

05 İyun

Almaniya elektrokarlara verilən subsidiyaları üç dəfə artırıb

Reuters agentliyinin verdiyi məlumata görə, Almaniya hökuməti elektrikli nəqliyyat vasitələrinin satışını və infrastrukturunun inkişafını dəstəkləmək üçün 2,5 milyard avro vəsait yönəldəcəkdir. Bununla, bu proqramdan əsas faydanı əldə edən Volkswagen konserni olacaqdır.

Səbəb, endirimlər yalnız 40 min avrodan baha olmayan avtomobillərə şamil ediləcəkdır ki, bu kateqoriyaya VW ID.3 elektrokarını aid etmək olar. Artıq yeni elektrikli nəqliyyat vasitələrinin alıcıları, mövcud olan 3 min avro məbləğində dövlət endirimlərinə əlavə olaraq 6 min avro subsidiya alacaqdırlar. Başqa sözlə, 39 min avro dəyərində satılan elektromobili 30 avroya almaq mümkün olacaqdır.