Mazda şirkəti bir neçə il əvvəl SkyActiv ailəsinin qabaqcıl atmosfer mühərriklərinə arxalanaraq Mazda3 modelində quraşdırılan turbomühərriklərdən imtina etmişdi.
Buna baxmayaraq, turbomühərriklərin geri qaytarılması üçün yeni şans vardır: ehtimallara görə, Mazda3 gələn il belə bir güc qurğusunun alacaqdır.
Xatırladaq ki, Mazda3 TCR trek versiyası belə bir turbomühərrikə sahibdir. Jalopnik nəşri, 2021-ci ilin Mazda model xətti haqqında məlumatları əks etdirən diler sənədlərindən skrinşot edilmiş görüntülərə istinad edərək, sənərlərdə turbomühərrikli Mazda3 modeli barədə məlumatın olduğunu bildirib.
Üstəlik, turbomodel həm sedan, həm də hetçbek kuzovu ilə təklif ediləcəkdir. Sənədləri ətraflı araşdırdıqdan sonra Jalopnik belə nəticəyə gəlib ki, turbomühərrikli Mazda3 modeli yalnız təm ötürmə sistemi və avtomatik transmissiya ilə təchiz ediləcəkdir. Bu mərhələdə belə məlumat müəyyən bir şübhə ilə qəbul etmək gərəkdir: turbomühərriklərə qayıdış istehsalçı tərəfindən rəsmi təsdiq edilməyib. Mazda3 modelinin mühərrik çeşidinin genişlənməsi həqiqətən də baş verərsə, bu, modelin planlaşdırılan yenilənməsinin tərkib hissəsi olacaqdır.