Yapon Artisan Spirits tüninq atelyesi Yaponiyanın İmperator Evinin rəsmi avtomobili olan Toyota Century nümayəndəlik sedanı üçün Sportsline Black Label adlı üslub dəstini hazırlayıb.
Avtomobilin iki kiçik spoyler də daxil olmaqla karbon lifindən hazırlanmış idman kuzov dəstinə sahib olub. Təkmilləşdirmə nəticəsində Toyota Century daha aqressiv və cəlbedici görünür. Sedan, orijinal kuzova bərkidilən elementlərə, o cümlədən bamper və ətəklərin əlavələrinə, habelə dama və baqaj qapağına quraşdırılan spoyler cütlüyü ilə təchiz edilib. Təkər diskləri də yaddan çıxmayıb – onlar daha iri ölçülərə və yeni dizayna malik olublar.