Lexus şirkətinin amerikan ofisi yeni IS modelinin tizerini dərc edərək onun debüt tarixini açıqlayıb.
Yeni Lexus IS modelini iyun ayının 10-da Bakı vaxtı ilə gecə saat üçdə təqdim edəcəklər. Avtomobil haqqında başqa məlumat verilməyib. Tizerdəki avtomobilin ox ucluğu formasında tərtibatı olan arxa fənərlərlə sahib olacağı görünür. Son tendensiyalara uyğun olaraq fənərlər işıqlanan zolaqla birləşdirilib.