Bakı-Sumqayıt yolunda hərəkətin təşkilinə dəyişiklik edilib. Əvvəllər Bakı-Sumqayıt yolunun üzü Xırdalan dairəsi istiqamətinə olan hissəsində (Ekologiya postunun qarşısında) sağdakı iki zolaq ancaq sağa-Sulutəpə dairəsi istiqamətinə hərəkət edən nəqliyyat vasitələri üçün təşkil edilmişdi. Bəzən sağ zolaqlarla hərəkət edən sürücülər Sumqayıt istiqamətinə getmək üçün sol zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozurdular. Bu zaman yol polisi tərəfindən həmin sürücülərə cərimə yazılırdı.
Adıçəkilən yolda genişləndirmə işləri aparıldıqdan sonra qeyd olunan yerdə hərəkətin təşkilinə dəyişiklik edilib. Dəyişiklikdən sonra sağdakı iki zolaq da daxil olmaqla bütün zolaqlardan düzünə- Xırdalan dairəsi və Sumqayıt şəhəri istiqamətinə hərəkət təşkil edilib. Bundan sonra oradan düzünə hərəkət edən sürücülər cərimələnməyəcək.
Bu dəyişiklik Azərbycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib.
Agentlik bu dəyişikliyi sürücülərin rahatlığı və təhlükəsizliyi üçün edib.