BMW şirkətinin M idman bölməsinin rəhbəri Markus Flaş özünün Instagram sosial şəbəkəsindəki hesabında yenilənmiş M5 sedanının ilk şəklini yerləşdirib.
"Bərkgedən" sedanın təqdimatının bir neçə həftə ərzində keçiriləcəyi ehtimal olunur. Şəkildə yenilənmiş BMW M5 modelinin ön tərəfinin bir parçası əks olunubdur. Şəkildən də göründüyü kimi, yenilənmiş "bərkgedən" sedan karbondan hazırlanmış hava girişləri olan yeni aerodinamik kuzov dəstini əldə edib. Bundan başqa, M5 modeli adi BMW 5 Series sedan və universalının təchiz edildiyi lazer LED işıq texnikasına da sahib olacaqdır.