AVTO

01 İyun

Ən sürətli və ən idman xarakterli Acura sedanı təqdim olunub

Acura markasının orta ölçülü TLX sedanının yeni nəslini təqdim edib.

Yola saldığımız TLX sedanı parlaq xarakteri ilə yadda qalan avtomobil olmayıb, lakin yaponlar yeni sedanın Acura markasının tarixindəki ən sürətli və ən idman xarakterli sedan olduğunu iddia edirlər.

Acura TLX modeli klassik quruluşa keçməyərək, mühərrikin köndələn yerləşməsini və ön ötürməni qoruyub. Buna baxmayaraq, yapon istehsalçısı sedan üçün yeni orijinal platforma hazırlayıb. Yeni platformanın əsas xüsusiyyəti McPherson dayağı əvəzinə quraşdırılan ikiqat qollara malik olan ön asqı və çoxqollu arxa dayaqdır. Əlavə ödənişlə sedanı adaptiv amortizatorlar ilə təchiz etmək olar. Ön təkər izi 30 millimetr, arxa təkər izi isə 41 millimetr genişlənmişdir. Sükan çarxı dəyişkən ötürmə nisbəti, əyləclər isə elektromexaniki gücləndirici ilə təchiz edilirlər. Əyləc pedalı, NSX superkarında olduğu kimi, gücləndiricilə naqillər vasitəsi ilə birləşdirilir.