AVTO

01 İyun

Yeni Pradollarda bu hissə məhrum olacaq - FOTO

Bu günlərdə interten şəbəkəsində növbəti nəsil Toyota Land Cruiser Prado modeli haqqında maraqlı məlumat peyda olub.

Çox güman ki, bu xəbər Prado aşiqlərini bir qədər məyus da edəcəkdir, çünki xarici KİV-lərin məlumatına görə, yeni ofrouder 2022-ci ildə işıq üzü görəcək, lakin polad ramadan məhrum olacaq və variatorla təchiz ediləcəkdir. Dəhşətdir… Məlumatlar doğrudursa, yeni nəsil Toyota Land Cruiser Prado modelinin qabaritləri bir qədər artmalıdır: ofrouderin təkər bazasının genişliyi 2800 millimetr (+10 millimetr), uzunluğu isə 4830 millimetr (+50 millimetr) olmalıdır. Ofrouderin məşhur rama konstruksiyası isə, yapon markasının bütün son minik avtomobillərinin əsasını təşkil edən TNGA modul arxitekturası ilə əvəzlənəcəkdir.