AVTO

01 İyun

Lexus genişləndirilmiş mühərrik çeşidi ilə fərqlənəcək

Lexus NX krossoverinin növbəti nəsli genişləndirilmiş mühərrik çeşidi ilə fərqlənəcək 

Krossoverin baza versiyası 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış 218 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.

Lexus NX modelinin top versiyaları üçün 300 at qüvvəsinin üzərində gücə malik olan yeni 2,4-litrlik turbomühərrik hazırlanacaqdır. Yapon "BestCar" nəşrinin şirkət daxilindəki qaynaqları yeni nəsil Lexus NX modelinin bir qədər qısa və alçaq, lakin daha enli olacağını bildiriblər. Yeni model hazırki Toyota RAV4 və Harrier krossoverlərinin inşa edildiyi TNGA GA-K modul platformasına əsaslanacaqdır.