AVTO

25 May

Sürücülər DİQQƏT - Bakının bu yolunda hərəkət sürəti 90-dan 50-yə endirildi

Bakı-Ələt yolunun 15-ci kilometrində hərəkət sürəti aşağı endirilib.

Fins.az xəbər verir ki, sözügedən yolun həm Ələt qəsəbəsi istiqamətində, həm də paytaxt istiqamətində (Lökbatan dairəsinin yaxınlığında) hərəkət sürəti əvvəllər 90 km/saat sürət həddində idi. Lakin bir neçə gün öncə qeyd olunan yolun həmin hissəsində hərəkət sürəti 90 km/saat sürətdən pilləli şəkildə olaraq 50 km/saat sürətə endirilib. Sürücülərə diqqətli olmaları tövsiyə olunur.