AVTO

22 May

“Harley Davidson” istehsalın bərpa vaxtını açıqladı

“Harley Davidson” şirkətinin ABŞ-dakı müəssisələri koronavirus epidemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra gələn həftə fəaliyyətini davam edəcək.

Fins.az xəbər verir ki, yoluxma hadisəsinin baş verdiyi Viskonsin ştatı Menomoni Folls qəsəbəsindəki müəssisə 25 may Anma Günündən sonra fəaliyyətə başlayacaq.

Xatırladaq ki, ABŞ-da ən böyük motosiklet istehsalçısı olan “Harley Davidson” şirkəti həmçinin moto həvəskarları üçün geyim və ayaqqabı, məişət əşyaları, suvenirlər də buraxır. 2018-ci ildə şirkət 246 min motosiklet istehsal etmişdi.