AVTO

21 May

Çürümüş avtomobilə 135 min dollar ödədi - FOTO

ABŞ-ın “Classic Cars” saytında 1952-ci ilin “Aston Martin DB2 Drophead Coupe” kabrioleti satılıb. Fins.az xəbər verir ki, yeni sahibi avtomobilə 135 min dollar (229,500 manat) ödəyib. Avtomobilin dəyərli olması modelin nadirliyi ilə izah edilir.

Bildirilir ki, kabrioletdən cəmi 98 ədəd istehsal edilib. Avtomobillərin bəzisinin sükanı solda yerləşir, bu da satışa qoyulan modelə əlavə dəyər qatır.  

Maraqlıdır ki, bu məbləğə satılan avtomobil tamamilə çürüyüb və dəhşətli bir görünüşə sahibdir.

Amma satıcı əmin edir ki, kabrioleti bərpa etmək mümkündür və modelin qiyməti hər il artır.