AVTO

20 May

Volkswagen yeni Golf modellərində nasazlıq aşkarlanıb

Volkswagen şirkəti proqram təminatında aşkar edilmiş səhv ucbatından yeni Golf modelinin dilerlərə göndərilməsini dayandırıb.

Fins.az xəbər verir ki, bəzi hetçbeklərdə təcili yardım xidmətlərinə zəng etmək üçün cavabdeh olan eCall elektron köməkçisində nasazlığı olduğu aşkarlanıb. Volkswagen şirkəti proqram təminatındakı mümkün problemlərin səbəblərini anlamış deyil və hazır avtomobillərin səlahiyyətli dilerlərə göndərilməsini dayandırmaq qərarına gəlib. Volkswagen mütəxəssisləri müəyyən edilmiş xətanın nə qədər avtomobildə baş verə biləcəyini söyləməkdə çətinlik çəkirlər.