Jeep şirkəti Compass krossoverlərinin Avropada istehsalına başlandığını elan edib.
Kroosoverlərin istehsalı İtaliyanın Melfi şəhərindəki zavodda təşkil olunacaqdır. İstehsal məkanının dəyişdirilməsi krossoverin mühərrik və transmissiya çeşidinin dəyişdirilməsi ilə nəticələnib: qoşulan 4xe hibridləri istisna olmaqla, bütün Compass modelləri ön ötürməyə və 1,3-litrlik mühərrikə keçiblər. İtalyan istehsalı olan Jeep Compass krossoverləri versiyasından asılı olaraq 130 və ya 150 at qüvvəsi hasil edən 1,3-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdirlər. Turbomühərrik 6-pilləli mexanika ötürmələr qutusu və ya iki quru muftası olan 7-diapazonlu "robot" ilə tandemdə çalışacaqdır.